Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı olub.
Report-un xəbərinə görə, konfransda YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edib.
Bildirilib ki, YAP Kəngərli rayon təşkilatının rəhbər orqanlarının fəaliyyətini təmin etmək məqsədilə YAP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri müvafiq qərar imzalayıb:"Qərara uyğun olaraq, YAP Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı keçirilir”.
Növbədənkənar konfransda YAP Kəngərli rayon təşkilatının 19 nəfərdən ibarət şurasının, 9 nəfərdən ibarət İdarə heyətinin, həmçinin Qadınlar Şurasının, Gənclər Birliyinin İdarə heyətinin və Nəzarət-təftiş qrupunun üzvləri seçilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda QuluyevaYAP Kəngərli rayon təşkilatının sədri seçilib.S.Quliyeva ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edib, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün səylə çalışacağını bildirib.
Qeyd edək ki, YAP Kəngərli rayon təşkilatı 2004-cü il iyulun 14-də təsis edilib. Təşkilatın əvvəlki sədri Fazil Abbasov olub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL