“Yaralı Putin daha təhlükəli ola bilər, ona görə də...” – Şok təklif

“Yaralı Putin daha təhlükəli ola bilər, ona görə də...” – Şok təklif

Qərb və müttəfiqlərini Rusiyadan gələcək təhdidlərdən qorumağın yeganə yolu Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Litva Xarici işlər naziri Qabrielius Landsbergis deyib.

Landsbergis ABŞ və NATO ölkələrini Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb.

Putinin 9 May çıxışının təsiredici olmadığını vurğulayan nazir generalların və digər yüksək vəzifəli hərbçilərin tutqun simalarının Ukrayna müharibəsindəki uğursuzluğun göstəricisi olduğunu deyib.

Ukraynada Rusiya üçün işlərin yaxşı getmədiyini söyləyən Landsbergis vurğulayıb: "Yaralı Putin daha da təhlükəli ola bilər və bu təhlükəni aradan qaldırmağın yeganə yolu onun hakimiyyətinə son qoymaqdır”.

Nazir Putin hakimiyyətdə olduğu müddətdə qonşu ölkələrin təhlükə altında olacağını iddia edib: "Təkcə Putin yox, bütün rejim dəyişməlidir, çünki Putini onun yaxın çevrəsini kimsə əvəzləyə bilər, yəni başqa bir Putin onun yerinə keçə bilər”.

Onun sözlərinə görə, nə qədər ki, Rusiyadan kənarda döyüşmək istəyən bir rejim var, ətraf ölkələr təhlükə altında qalacaq.

Landsbergis Rusiya təhlükəsini aradan qaldırmaq üçün ABŞ və NATO-nun daha ciddi addımlar atmalı olduğunu bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az