Yumurtanın qiyməti payız aylarında ucuzlaşa bilər

Yumurtanın qiyməti payız aylarında ucuzlaşa bilər
" Yumurta və quş ətinin qiymətində yaxın aylarda artım gözlənilmir. Ola bilsin ki, payız aylarında yumurtanın qiyməti ucuzlaşsın".

Bunu "Report"a Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
A.Vəliyevin sözlərinə görə, yemlərin 70-80%-ni xaricdən alırlar: "Yerli istehsal yem tələbatının 15-20%-ni ödəyir. Yemin qiymətində xaricdə dəyişiklik olmasa, bizim qiymətlərdə də heç bir dəyişiklik gözlənilmir". 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az