Zelenskinin Trampla görüşünün vaxtı açıqlandı
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla "Böyük iyirmilər”in sammitindən sonra görüşə bilər.
Bu barədə Ukrayna prezidentinin ştatdankənar müşaviri Boris Tizenhauzen açıqlama verib.
Qeyd edək ki, "G-20”-nin zirvə görüşü iyunun 28-29-da Yaponiyada keçiriləcək.
Onun sözlərinə görə, V.Zelenskini görüşmək üçün Tramp administrasiyası tərəfindən Vaşinqtona dəvət edilməsi faktı həqiqətdir. Müşavir bunu "Zelenskiyə müəyyən etimad kreditinin təmin olunması” adlandırıb. "Mənə elə gəlir ki, Ağ Ev Administrasiyası onlar üçün mürəkkəb olan məsələləri ölü nöqtədən tərpətməyə ümid edir ”, - Tizenhauzen belə deyib. O, qeyd edib ki, prezidentlərin gözlənilən görüşünün vacib məsələlərindən biri "Burisma Holdings” təbii qaz şirkətinə qarşı istintaq araşdırmalarının aparılması ilə bağlıdır.//Cebhe.info
Miq.az