Zəngəzurda mərmi daşıyan “Ural” aşdı: Erməni hərbçilər ağır yaralandı

Zəngəzurda mərmi daşıyan “Ural” aşdı: Erməni hərbçilər ağır yaralandı

İyulun 23-ü günorta saatlarında Qərbi Zəngəzur ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus avtomobil texnikası qəzaya uğrayıb.
 
Miq.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
 
Bildirilib ki, sürücünün idarəetməni itirməsi nəticəsində mərmi ilə dolu "Ural” yük maşını dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və yanındakı digər hərbi qulluqçunun ağır bədən xəsarətləri aldığı məlum olub.
 
Qəza nəticəsində partlayışın olması da istisna deyil. Hadisə ilə bağlı cinayət işi açılıb, lakin ictimaiyyətdən gizli saxlanılır.(modern.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az