Vətəninfo.az Strateq.az-a istinadən xəbər verir ki, bu iddia ilə Abdullah Ocalanın qardaşı çıxış edib. Osman Öcalanın kürd mətbuatına verdiyi məlumata görə, 50 milyonluq gəlirin 20 milyon dollarını Kürdüstan Yürdsevərlər Birliyi İŞİD-lə mübarizə üçün PKK-ya hədiyyə edib.
PKK-nın keçmiş idarəçilərdən olan qardaş Öcalan digər maliyyə qaynaqlarını isə belə sıralayıb: Avropadan edilən yardımlar, xalqdan yığılan ianələr, bəzi şirkətlərdən və gömrükdə alınan xəraclar, Suriyanın Rojava bölgəsindəki fabrik və zavodlardan əldə olunan himmətlər.
Əvvəllər PKK-nın kassası kimi tanınan Öcalanın gəlir mənbələri sırasında narkotika ticarətini də göstərməsi diqqətçəkicidir. Hərçənd, təşkilatın birbaşa narkobizneslə məşğul olmadığını desə də, keçmiş maliyyəçi bu işlə məşğul olanlardan xərac alındığını da gizlətməyib:
"Rusiya və Ermənistanda narkotika ticarətiylə məşğul kürdlər də əsas gəlir qaynaqlarından biridir. Onlardan vergi alınır".
Xatırladaq ki, Osman Öcalan artıq PKK-dan ayrılıb. Onun əvvəllər idarə etdiyi maliyyə işini indi PKK-nın faktiki lideri olan Cəmil Bayıkın qardaşı Mustafa Bayık yürdürür. Öcalan xələfinin bu işi pis yürütmədiyini, maliyyə məsələsində hər hansı sui-istifadələrə, yeyintilərə yol verilmədiyini də etiraf edib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL