11 sentyabr terrorundan- 15 il ötdü...

11 sentyabr terrorundan- 15 il ötdü...

Bu gün ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktlarının həyata keçirilməyinin indönümüdür.

 2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən yerli vaxtla saat 08:46-da terrorçuların tutduğu "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi eyni hücuma məruz qalıb. Bir qədər sonra hər iki qüllə yerlə-yeksan olub.

Əkiz qüllələrə hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin - Pentaqonun binası da intiharçı-terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Terror aktları nəticəsində 3 minədək insan həlak olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az