16 yaşlı oğlanı söyüş üstündə öldürdü - Hökməlidə

16 yaşlı oğlanı söyüş üstündə öldürdü - Hökməlidə
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Miq.az  "ölkə.az"a istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən Ağaramazan İsmayılovun apellyasiya şikayəti qismən təmin edilib.
Belə ki, onun 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 6 aya endirilib.
Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə A.İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az