Misirin Sinay yarımadasından İsrail ərazisinə endirilən raket zərbəsinə görə məsuliyyəti İŞİD üzərinə götürüb. APA TV-nin "Al-Arabia" agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının Misirdəki nümayəndələri bu zərbənin "işğal olunmuş" ərazilərə endirildiyini bildiriblər.
Bundan əvvəl İsrail hərbi mənbələri ölkənin cənubunda bir raketin partladığını açıqlayıblar. Həmin raketin Misirin Sinay bölgəsindən atıldığı vurğulanıb. Polis raketin açıq əraziyə düşdüyünü və heç bir insan itkisinin olmadığını bəyan edib.
Hazırda Sinayda vəziyyət olduqca kritikdir. Yarımadada hökumət qüvvələri ilə terror qruplaşması arasında şiddətli döyüşlər ara vermir. Hər iki tərəfin itki verdiyi deyilir. Terrorçulara havadan da zərbələr endirilir.
Terrorçuların Qəzza sektoru ilə sərhəddə yerləşən hərbi blok-postlara və polis məntəqələrinə hücumları nəticəsində 100 silahlı, 17 hərbçi və polis öldürülüb.
İŞİD Sinay aeroportuna da hücumlarına ara vermir. Bu aerorota daha çox BMT sülhməramlılarını gətirən təyyarələr enirlər. Aeroport ərazisinə də bir neçə raket düşüb, ölən yoxdur.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL