Artıq 3 ildən çoxdur səhnədən, efirlərdən uzaq düşən ifaçı Samir Bağırov müğənni Rəqsanə İsmayılova ilə birgə görüntülənib. Məkanların birində fotokameraların obyektinə tuş gələn iki ifaçı maraqlı açıqlamalar veriblər. İfaçı S.Bağırov ortalıqda görünməməsini və Rəqsanə ilə bir araya gəlmələrinin səbəbini belə şərh edib: “Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm. Amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim, dəyərli Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanə və özümə uğurlar arzulayıram”.
Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib: “Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Surpriz olsun. İnşallah, yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Qızğın iş gedir. Samirlə birgə çox maraqlı proyekt hazırlayırıq. Səbr edin, tezliklə özünüz şahidi olacaqsınız”.
SİA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL