Bu gecə Bakıda əsən güclü külək Nərimanov rayonunda ağacı qıraraq yaxınlıqdan keçən 57 düymlük qaz boru xəttinin üzərinə aşırıb. Nəticədə, zədələnən xətdə sızma yaranıb və bununla əlaqədar rayonun iki küçəsinə qazın verilməsi kəsilib. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bunu Nərimanov rayonunun bəzi yerlərində qazın olmaması ilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
İ.Kərbalayevin sözlərinə görə, Birliyin qəza-dispetçer xidməti tərəfindən artıq hadisə ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə məlumat verilib: "Qəza nəticəsində yalnız Ağa Nemətulla küçəsində 3, Faiq Yusifov küçəsində isə 2 binaya qaz verilişi dayanıb. Artıq qəza-dispetçer xidməti icra hakimiyyətinə məlumat verib və yaşıllaşdırma xidmətinin ağacı kəsməsini gözləyirik".
Binalara qaz verilişinin bərpa edilməsinə gəlincə isə "Azəriqaz" rəsmisi bunun Yaşıllaşdırma İdarəsi tərəfindən ağacın kəsilməsindən dərhal sonra olacağını açıqlayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL