Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı
pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini
ümumilikdə 176 dəfə pozub.
Vətəninfo.az-ın Azərbaycan Müdafiə Nazirliyinin
saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu bu ölkənin
İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Azərbaycan
Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə
Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərini atəşə tutublar.
İşğalçılar Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL