Cəbhədən...
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri son sutkada
cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan,
iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
rejimini ümumilikdə 103 dəfə pozub.
Ermənistan Respublikası
İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar
kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız
yüksəkliklərdə, Qızılhacılı kəndində və Ağstafa rayonunun Köhnəqışlaq
kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan,
Tərtər rayonunun Çiləbürt, Qızıloba, Ağdam rayonunun Novruzlu, Sarıcalı,
Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Qaraqaşlı, Cəvahirli,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli,
Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini
nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə
153 atəş zərbəsi endirib.