Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
sentyabrın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək,
nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda
25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək,
gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz
Sentyabrın 09-da Abşeron yarımadasında gündüz isti temperatur
diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması
meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 10-11-də isə
mülayim xəzri küləyinin üstünlüyü müsbət amildir.