Hava haqqında

Hava haqqında
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
oktyabrın 9-da
bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az