Bakıda tibb bacısı özünü 7-ci mərtəbədən atdı

Bakıda tibb bacısı özünü 7-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İntiharın səbəbləri məlum deyil.

Polisdən bildirilib ki, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az