21 yaşlı azərbaycanlı İŞİD terrorçusu Rusiyaya təhvil verildi

21 yaşlı azərbaycanlı İŞİD terrorçusu Rusiyaya təhvil verildi

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutularaq Rusiyaya təhvil verilən İŞİD terrorçusuna hökm oxunub.

TASS xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Tümen sakini, 21 yaşlı Altun Məmmədov məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Altun Məmmədov 2013-cü ilin martında Suriyaya gedib. Orada müəyyən dövrlərdə "Ceyş-əl-Mühacirin vəl-Ənsar" və İŞİD-in strukturuna daxil olan "Əbu Hənifə camaatı" terror qruplaşmalarının tərkibində Suriya hökumətinə qarşı döyüşlərdə iştirak edib. O, 2015-ci ilin avqust ayında Gürcüstandan Azərbaycana keçmək istərkən yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həmin ilin dekabrında ölkəsinə təhvil verilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az