Azərbaycan insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib. Lent.az İnterpol-a istinadən xəbər verir ki, axtarışa verilən Sevinc Xəlilovanın 50 yaşı var. O, Azərbaycan dili ilə yanaşı rus və ərəb dilini də mükəmməl bilir. Sevinc Xəlilovanın gözləri qəhvəyi rəngdədir, boyu isə 1 metr 58 santimetrdir.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi.
İnsan alverinin qurbanı olmuş qadınlar isə S.Xəlilova və ətrafındakı şəxslər tərəfindən Birləşmiş Ərəb Əmirliklərində fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.
O da bildirilir ki, S.Xəlilova daimi olaraq Dubayda yaşayır və Azərbaycana gəlmir.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL