Keçmiş SS zabiti Oskar Görning nasist Almaniyası dönəmində 300.000 insanın ölümündə iştirak etdiyinə görə Lüneburq əyalət məhkəməsi tərəfindən 4 il həbs cəzasına məhkum edilib.
Vətəninfo.az xəbər verir ki, Azvision.az alman mediasına əsasən məlumat verir ki, Oskar Görning 1942 və 1944-cü illər arasında Auşvitsdə əsirlərin məhv edilməsi üzrə heyətdə çalışıb. Eləcə də, 1944-cü ildən Macarıstandan gətirilən 400.000-ə yaxın yəhudinin yarısının 2 ay içərisində məhv edilməsində "xidmət göstərib”. Bunlarla yanaşı, Görning ölmüş insanlara aid pulların, qiymətli əşyaların Berlinə göndərilməsi prosesinə də nəzarət edib.
Prokurorluq məhkəmənin qərarına yenidən baxa və bu da 94 yaşlı Oskar Görningə azadlığa çıxmasına üçün şərait yarada bilər.
Maraqlıdır ki, qərarı verən hakim çıxışında "Cənab Görning, mən burada sizi düşmən kimi təsvir etmirəm, lakin siz çalışdığınız sənədləşdirmə işlərilə bağlı özünüz haqqında qərarı çoxdan vermisiniz”,- deyə bildirib.
Xatırladaq ki, Oskar Görning həm də "SS” rəhbəri Henrix Gimmlerin "Auşvits” ölüm düşərgəsi üzrə sevimli müsahibatçısı olub və bütün məxfi sənədlərdən xəbərdar şəxs kimi tanınır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL