5 milyon müsəlmanın yaşadığı ölkədə hicab qadağası

5 milyon müsəlmanın yaşadığı ölkədə hicab qadağası
Üzü tamam bağlamaq qadağan edilib

Almaniyada müsəlman qadınlara baş örtüyü qadağası qanuniləşdirilir. Miq.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, üzü tamam bağlayan libasların geyinməyi qadağan edən qanun dünən Bundestaq tərəfindən təsdiqlənib. 

Hələ yuxarı palata tərəfindən təsdiqlənməli olan bu qanun yalnız dövlət işçilərini, hakim və hərbçiləri əhatə edəcək. Qadağa yalnız iş vaxtı üçün nəzərdə tutulur. 

Xatırladaq ki, hələ keçən ilin sonu kansler Angela Merkel bu qanunu dəstəklədiyini bildirmişdi.

Qanun təsdiqlənərsə, Almaniya baş örtüyünə qadağa qoyan AŞ-nın sayca beşinci ölkəsi olacaq. Hazırda bu tipli qanunlar Fransa, Belçika, Niderland və Bolqarıstanda qüvvədədir.

Qeyd edək ki, ötən ilin məlumatına görə, Almaniyada 5 milyona yaxın müsəlman yaşayır ki, onların də böyük əksəriyyəti türklərdir. 

Miq.az

  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az