Atası: "Qızım intihar etmək istəməyib"
Bakıda 8-ci mərtəbədən düşən qızın vəziyyəti yaxşılaşıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə APA-ya qızın atası Azər Qasımov məlumat verib.
Onun sözlərinə görə, qızı Şərqiyyə Qasımovanın intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atması barədə yayılan məlumatlar doğru deyil: "Qızım intihar etmək istəməyib. O, toyuna hazırlaşırdı. Qızım nişanlı idi və hadisədən bir gün sonra toyu olacaqdı. Evdə də toya hazırlıq gedirdi və qızım pəncərəni siləndə ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. Xoşbəxtlikdən sağ qalıb. Bu, möcüzə idi. Şükürlər olsun ki, vəziyyəti artıq yaxşılaşıb və həyatı üçün təhlükə yoxdur”.
Qeyd edək ki, hadisə oktyabrın 2-də Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2A, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Şərqiyyə Azər qızı Qasımova yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib.
İlkin olaraq polisdən onun intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atdığı bildirilsə də, fakt təsdiqini tapmayıb və qızın ehtiyatsızlıqdan yıxıldığı məlum olub.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL