8 illik keçmiş sevgililər üz-üzə gəldi
31 yaşını sevgilisi Beran Benanla qeyd edən Eliz Sakuçoğlu sürprizlə üzləşib.
Stilist oturduğu məkanda
keçmiş sevgilisi, müğənni Murad Bozla qarşılaşıb.
8 il sevgili
olduqdan sonra keçən il ayrılan cütlük bu vəziyyətdən pərt olub. Murad
Boz dərhal masasını dəyişdirib, Sakuçoğlunun isə kefi pozulub. Qısa
müddət sonra müğənni məkandan ayrılıb.
Qeyd edək ki, ayrıldıqdan
sonra dost qaldığı deyilən Murad və Eliz bir araya gəlməməyə çalışırlar.
M.Boz dostu Murad Dalkılıç və Merve Boluğurun toyunda da keçmiş
sevgilisi ilə üzləşməmək üçün iştirak etməmişdi.
Axşam.az