ABŞ bu ölkəyə 47 milyon dollarlıq raket satacaq

ABŞ bu ölkəyə 47 milyon dollarlıq raket satacaq
ABŞ Ukraynaya ümumi dəyəri 47 milyon dollar olan 210 ədəd tank əleyhinə raket və 37 raketatan satacaq.

Miq.az Publika.az
-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən məlumat yayılıb.
Məlumatda Ukraynanın silah satışı ilə bağlı müraciətinin ABŞ Xarici İşlər Nazirliyi tərəfindən qəbul edildiyi qeyd edilib. ABŞ ağır silahlarla yanaşı, onlara aid texniki dəstək, təlim və nəqliyyat xərclərini də öz üzərinə götürüb.
Ukraynanın bu silahları almaqda məqsədi uzunmüddətli müdafiə sistemi yaratmaqdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az