ABŞ-da silahlı şəxs İran nümayəndəliyinə hücum edib

ABŞ-da silahlı şəxs İran nümayəndəliyinə hücum edib

Tapança və bıçaqla silahlanmış bir nəfər İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib. "İzvestiya" yazır ki, hücum nəticəsində bir nəfər ağır yaralanmış halda xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları silahlı şəxsi saxlayıblar. Saxlanılan şəxsin Texas sakini 55 yaşlı Əlirez Fahar olduğu aydınlaşdırılıb.

Şahidlərin sözlərinə görə, o, hücum zamanı fars dilində nəsə qışqırıb. Saxlanılan şəxs həmçinin televizorları, kompüterlərin monitorlarını və binanın pəncərələrini sındırıb.

Qeyd edək ki, İranın ABŞ-da səfirliyi yoxdur, sadəcə, Pakistan səfirliyi yanında İranın maraqları bölməsi var və orada viza və pasportlar işlənilir. Bölmə İranın ABŞ-dakı konsulluq nümayəndəliyi kimi fəaliyyət göstərir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az