Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib.
"Report”un məlumatına görə, XİN sözçüsü Hami Aksoy bildirib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir.
"ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik”, – H.Aksoy vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti terrorçu PKK-nın dəstəbaşıları Murat Karayılanın başına 5 milyon dollar, Cemil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat təyin edib. Bu, departamentin "Ədalət üçün mükafat” ("Rewards for Justice”) proqramı çərçivəsində müəyyənləşdirilib.
Xatırladaq ki, Dövlət Departamenti "İmmiqrasiya və vətəndaşlıq haqqında” qanunun 219-cu bölməsinə əsasən, 1997-ci ildə PKK-nı Birləşmiş Ştatlar üçün təhlükəli olan terrorçu təşkilat kimi tanıyıb, 2001-ci ildə isə "Qlobal terror ünsürləri” siyahısına daxil edib.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?