ABŞ hərbi-dəniz qüvvələrinə məxsus "Ronald Reyqan” müasir təyyarədaşıyan gəmisi oktyabrın 1-də Tokionun cənubunda yerləşən Yokosuka bazasına gəlib.
O burada ABŞ-ın qərbində yerləşən San-Diyeqo bazasına geri qayıdacaq "Corc Vaşinqton” təyyarədaşıyan gəmisini əvəz edəcək.
Bununla əlaqədar Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "Yaponiya hökuməti hesab edir ki, ABŞ hərbi-dəniz qüvvələrinin iştirakı Yaponiyada təhlükəsizliyin, regionda isə sülhün və sabitliyin qorunmasına böyük töhfə verir. Yaponiya hökuməti, həmçinin qeyd edir ki, "Ronald Reyqan” təyyarədaşıyan gəmisi 2011-ci ilin martında baş vermiş zəlzələ zamanı xilasetmə tədbirlərində iştirak edib və onun ölkəyə gəlişini salamlayır”.
97 min ton su tutumuna malik olan "Ronald Reyqan” dünyanın ən böyük hərbi gəmilərindən biridir. Onun uzunluğu 333 metrdir. Malik olduğu iki atom reaktoru gəmiyə saatda 56 kilometr sürətlə hərəkət etmək imkanı yaradır. Bu hərbi gəmi göyərtəsində 90 təyyarə və helikopter daşımaq qabiliyyətinə malikdir. Gəmidə 5600 hərbi qulluqçu və heyət üzvü xidmət edir.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL