ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

Amerikanın Ticarət Nazirliyi Ukraynanın şərqindəki münaqişlərə səbəb olmuş Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb.

Qara siyahı sabah hökumətin federal qeydiyyatlar saytında ( Federal Register) dərc ediləcək.

İlkin məlumtlara görə, siyahıya Krımda fəaliyyət göstərən 7 müəssisənin, o cümlədən, tərsanə, Honkonq və Hindistanda 4 şirkət, həmçinin Rusiyada fəaliyyət göstərən 70 təşkilatın adı daxil edilib. Onların arasında "Qazprom" şirkətinin onlarla müəssisəsi, Peterburqun "Qiprostroymost" İnstitutu və Rusiya Baş Dövlət Ekspertiza İdarəsinin də adı var.

ABŞ Rusiyaya ilk sanksiyanı 2014-cü ilin iyın ayında tətbiq edib. Buna səbəb Krımın Rusiya tərəfindən işğalıı və Donbasdakı hərbi münaqişə olmuşdu.

2016-cı ilin iyul ayında isə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən uzadıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az