ABŞ Senatı hökumətin milli kəşfiyyat proqramını səsvermədə təsdiq edib.
Vətəninfo.az - Hökumət terrorizmlə mübarizə adı altında məhkəmə qərarı ilə ABŞ vətəndaşalrının telefonlarına qulaq asa biləcək.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin iki üzvü-respublikaçı sədr Bob Qodlatte və demokrat Con Konyers qəbul edilən sənədi tənqid etsələr də, budan sonra əlavə dəyişikliklərin qəbul edilməyəcəyi barədə xəbərdarlıq edib. Palatanın təklif etdiyi düzəlişlər 2001-ci ildə Konqresin təsdiq etdiyi Vətənpərvər Aktını əvəz edəcək.
Məlumata görə, islahatlar 2016-cı ildə prezident yarışlarına qatılacaq Respublikaçı Senator Rand Pol tərəfindən kəskin tənqid olunmaqla yanaşı, eyni zamanda rədd edilib. O, Milli Kəşfiyyat Aktını amerikalıların şəxsi həyatına müdaxilə kimi qiymətləndirib və bildirib ki, Senatın qəbul etdiyi sənəd vətəndaşların sərbəst danışma hüququna müdaxilədir.
Qeyd edək ki, hökumətin telefonları izləməsi iki il əvvəl Milli Kəşfiyyat Agentliyinin kontraktoru, hazırda Rusiyada sığınacaq alan Edvard Snouden tərəfindən ictimaiyyətə açıqlanmasından sonra, bu sahədə hüquqi bazanın yaradılmasına start vermişdi. Bunə qədər İsə ABŞ Milli Kəşfiyyat Agentliyi ABŞ vətəndaşları ilə yanaşı, Almaniya başda olmaqla dünyanın müxtəlif ölkələrinin telekommunikasiya sistemini ələ keçirərək dövlət başçılarının telefon danışlqlarını dinləmişdi.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL