ABŞ-da fəaliyyət göstərən "Veterans Today” saytında İsrailin Türkiyədə sui-qəsdlərə başlayacağı və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas hədəfdə olduğu iddia edilib.
Avropa.info xəbər verir ki, saytın redaktoru, keçmiş hərbçi və kəşfiyyat mütəxəssisi Qordon Duff tərəfindən qələmə alınan yazıda Ərdoğanın Türkiyə prezidenti olmasının həm ABŞ , həm də Rusiyanın bölgədəki maraqlarına zidd olduğu bildirilir.
"ABŞ Ərdoğanı öldürmədən Yaxın Şərqdə planlarını həyata keçirə bilməyəcəyini düşünür. Putin isə Ərdoğan olduğu müddətdə Əsədi tam olaraq dəstəkləyə bilmir, İrana silah sata bilmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada fələstinlilərin ölümünə görə, gözlənilmədən İsrail səfirini ölkədən qovdu” – Qordon Duff belə yazır.
Müəllif Qordon Duff Türkiyə ordusundakı mənbələrə əsaslanaraq ABŞ və İsrailin Ərdoğana qarşı dövlət çevrilişi cəhdinə hazırlaşdıqlarını iddia edib.
"ABŞ və İsrail tərəfindən Ərdoğanı öldürmək üçün bir dövlət çevrilişi planlaşdırılır. Onlar Türkiyədə dövlət çevrilişinə Ərdoğanın öldürülməsi ilə başlamağı düşünürlər. Mənim bütün mənbələrdən aldığım məlumatlar bunu deyir” – ABŞ ordusunun keçmiş kəşfiyyat mütəxəssisi Qordon Duff belə yazır.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?