ABŞ xəfiyyələrini İrəvana göndərir – Ermənistanda MƏXFİ ƏMƏLİYYAT

ABŞ xəfiyyələrini İrəvana göndərir – Ermənistanda MƏXFİ ƏMƏLİYYAT
ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri yaxın günlərdə Ermənistana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak” qəzeti şəxsi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, amerikalı xəfiyyələr Ermənistandan qanunsuz kapital axınını araşdıracaqlar.
"FTB əməkdaşları erməni oliqarxları və vəzifəli şəxslərin Ermənistandan qanunsuz yolla qazandıqları pulları ABŞ-a köçürərək, "yumaları” məsələsi üzərində işləyirlər”, - deyə məlumatda bildirilir.
Qəzet amerikalı xəfiyyələrin İrəvanda aparacaqları əməliyyatın məxfi olduğunu yazıb. Həmçinin, qeyd edib ki, bu əməliyyat Ermənistandakı oliqarxlar üçün ciddi zərbə olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az