Adil Əliyev kikboks mərkəzinin açılışını edəcək

Adil Əliyev kikboks mərkəzinin açılışını edəcək
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev oktybarın 15-də saat 12:00-da "Orion” Kikboksinq İdman Mərkəzinin açılışını edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Modern.az-a AFK prezidenti məlumat verib.
Onun sözlərinə görə, artıq belə açılışlar ənənə halını alacaq və qarşıda bir sıra idman mərkəzlərinin açılışları baş tutacaq.
"Orion” İdman Mərkəzində tanınmış idmançılar Eduard Məmmədov və Müşviq Hüseynli tərəfindən kikboks dərsləri keçiriləcək.
Məlumat üçün bildirək ki, "Orian” Kikboksinq İdman Mərkəzi 9 mikrarayon ərazisində, "Tərlan” şadlıq evinin yanında yerləşir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az