Asiya İnkişaf Bankı (AİB) 2015-2017-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes plan hazırlayıb.
Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə bankın Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.
Onun sözlərinə əsasən, hökumət layihənin biznes planını nəzərdən keçirir: "Hökumətin cavabını gələn ilin yanvarında gözləyirik".
O.Noroyono əlavə edib ki, hazırda 2014-2016-cı illəri əhatə edən biznes plan reallaşdırılır və bu iki sənəd arasında ciddi fərq yoxdur: "Bankın Azərbaycanda əsas məqsədi şaxələndirilmiş iqtisadiyyata keçməyə kömək etməkdir".
Bankın cari il ölkədə fəaliyyətinə gəlincə, O.Noroyono vurğulayıb ki, bu il o, əsasən nəqliyyat və energetika sektorlarının inkişafına, su təchizatı sahəsinə, şəhərlərin kanalizasiya sistemlərinin yenidən qurulmasına yönəldilib: "Bu il AİB yol layihələri üçün 295 milyon dollar məbləğində iki krediti təsdiq edib. Ümumilikdə cari il ölkə hökuməti tərəfindən 231 milyon dollar dəyərində müqavilələr imzalanıb ki, bu da bankın gözləntilərini 20 faiz üstələyir".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR