Ağır cinayətdə şübhəli bilinən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq

Ağır cinayətdə şübhəli bilinən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq
Rusiyanın Ufa şəhər polisi ağır cinayət törətməkdə şübhəli bilinən şəxsi Azərbaycana təhvil verəcək

Miq.az  APA-ya istinadən verdiyi məlumata görə, həmin şəxs Azərbaycanda digər vətəndaşa hücum edib və sonra Rusiyaya qaçıb.
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən şəxsin Rusiyada qeydiyyat müddəti yanvar ayında bitib. O, aşkar ediləcəyindən ehtiyat edərək qeydiyyat müddətini uzatmamaq qərarına gəlib.
Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekstradisiya proseduru ilə bağlı bütün sənədlər yaxın vaxtlarda hazır olacaq.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az