Moskvada 37 yaşlı aktyor İlyas Tameev hündürmərtəbəli binadan yıxılaraq ölüb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, iyulun 11-də baş verən faciə ilə bağlı həmkarları bu gün məlumat veriblər. Onun binadan düşməsi anını həyətdəki iki video müşahidə kamerası qeydə alıb. Ancaq bunun faciəvi hadisə, yoxsa aktyorun intiharı olub-olmadığı məlum deyil.
Aktyorun meyiti Moskvanın Korennoy küçəsindəki 8 saylı binanın yanında aşkar olunub. Şahidlərin sözlərinə görə, aktyor yaşayış binasının yuxarı mərtəbələrindən birindən düşüb. Zərbədən onun sifəti tanınmaz hala düşüb, üstündə sənəd aşkarlanmayıb.Hadisədən bir müddət sonra aktyorun həyat yoldaşı Perovo rayon polisinə ərinin yoxa çıxması haqda müraciət edib. Meyiti 3 sutka tapmaq mümkün olmayıb, yalnız iyulun 14-də onu meyitxanalardan birində aşkar ediblər. İlyas Tameevi atası tanıyıb.Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL