Allaha karikatura çəkmiş yazıçı öldürüldü

Allaha karikatura çəkmiş yazıçı öldürüldü

İordaniyalı yazıçı, xristian Nahed Hatta sentyabrın 25-də məhkəmə binasına girərkən öldürülüb.

Nahed Hatta dinə qarşı hörmətsizlik etmə ittihamı ilə məhkəməyə verilmişdi.

O, sosial mediada Allah və İslamın təhqir olunması kimi qəbul edilən karikatura yayandan sonra tənqidlərlə üzləşmişdi.

Reuters xəbər verir ki, Nahed Hatta Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olub.

Səmada qadınların əhatəsində iri yataqda uzanan və Allahdan ona şərab gətirməsini istəyən saqqallı kişinin təsvir olunduğu karikaturanı yayandan sonra Nahed Hatta həbs olunmuşdu.

Mühafizəkar müsəlman iordaniyalıların çoxu karikaturanı dini dəyərlərə təhqir kimi qəbul edib. Hakimiyyət bildirib ki, Nahed Hatta karikaturanı yaymaqla qanunu pozub./Azadliq.org/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az