O bildirib ki, qeydiyyat müddətində 19 nəfər sənədlərini AMEA-ya təqdim edib: "Biz də həmin sənədlər əsasında nəticələri rəsmi şəkildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmişik. Bəzi texniki səbəblərə görə geologiya sahəsi üzrə 1 yer boş qalmışdı. Həmin yerə də təkrar qəbul elan olunub".
AMEA-nın idarə rəisi qeyd edib ki, akademiyada magistrlar üçün dərslər sentyabrın 15-də başlayacaq.
Ə.Sadıqov xatırladıb ki, AMEA-nın magistratura səviyyəsinə qəbulla bağlı TQDK-nın elan etdiyi müsabiqədə II turu uğurla keçən bakalavrlar ilk olaraq AMEA-da müsahibədən keçiblər. Müsahibədə 7 ixtisas üzrə ayrılan 20 yer uğrunda Azərbaycan və rus bölmələri üçün 300-dən çox bakalavr iştirak edib. 151 bakalavr isə AMEA-nı seçmək şansı qazanmışdı.
Qeyd edək ki, magistraturaya qəbul aparılan ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL