Ankaradan NATO-ya sərt ittiham: “Yalnız Rusiya…”
"NATO hazırda cənubi-şərq cinahında öz öhdəliklərini yerinə yetirmir”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Fikri İşık Münxen Təhlükəsizlik Konfransında deyib.
"NATO indiyə qədər cənubi-şərq cinahında öhdəlikləri yerinə yetirmədi. Biz ümid edirik ki, yaxın vaxtlarda vəziyyət dəyişəcək. Yalnız şərq deyil (Rusiya istiqamətində -red.), həm də cənubi-şərq istiqamətində öhdəliklər yerinə yetirilməlidir”, - deyə türkiyəli nazir bildirib.
Fikri İşık həmçinin qeyd edib ki, ittifaq müdafiə qabiliyyətini və potensialını itirməməlidir.
Miq.az