Apellyasiya Məhkəməsinin sədri vəfat etdi
Məhkəmə Hüquq Şurasının üzvü, Gəncə Apellyasiya Məhkəməsinin
sədri, hakim Rafiq Uğuz oğlu Məmmədov ağır xəstəlikdən sonra vəfat
edib.
Xatırladaq
ki, 1945- ci ildə Beyləqan rayonunda anadan olan Məmmədov Rafiq Uğuz
oğlu,1975- ci ildə Kuban Dövlət Universitetinin hüquq fakültəsini
bitirib.
2000-2007- ci illərdə Ali Məhkəmənin
hakimi, 2005- ci ildən Məhkəmə Hüquq Şurasının üzvü, 2007- ci ildən
Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Allah Rəhmət eləsin.//femida.az