Qazaxıstanın Almatı şəhərindəki “İpək yolu” ticarət yarmarkasında iyunun 25-də axşam polislə silahlı ekstremistlər arasında atışma olub.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı qazax mənbələrinə istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə polis silahlı ekstremist qruplaşmanın üzvlərini həbs etmək üçün əməliyyat keçirib, bu zaman atışma baş verib.
Ekstremist qruplaşmanın təmayülü barədə məlumat verilmir, ancaq onların hamısının “saqqallı olduğu” bildirilir.
Ehtimal olunur ki, söhbət radikal dini qruplaşmaların üzvlərindən gedir. Atışma nəticəsində bir ekstremist öldürülüb, biri yaxalanıb. Polislər arasında itki yoxdur.
“İpək yolu” yarmarkasında əsasən avtomobil ehtiyat hissələri satılır. Bir neçə il əvvəl yarmarkanın adı “AST Avrasiya” idi , indi isə adı dəyişib. Yarmarka Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılova və onun Qazaxıstandan olan yəhudi ortağına - oliqarx Aleksandr Maşkeviçə məxsusdur.
Bazarda ticarət köşklərinin çoxu boşdur və nəticədə cinayətkarlar üçün əlverişli sığınacağa çevrilib. Bu səbəbdən bazar qazax polisi üçün başağrısı hesab olunur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL