AST Telmanın mülkü satışa çıxarıldı

AST Telmanın mülkü satışa çıxarıldı

Andrey Kostinin "VTB" Qrupu Telman İsmayılıova məxsus "AST" Qrupunun mülkiyyətini satışa çıxarıb.

VİZUAL.az - Bu haqda "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, bura tanınmış azərbaycanlı iş adamının Moskvadakı "Praqa" restoranı, "Tropikano" ticarət-mərkəzi daxildir. Bundan başqa, Rusiya paytaxtında Şərqi İzmaylovodakı binalar kompleksi də "VTB"yə daxil olan Moskva Bankında kredit üçün girov qoyulub.

Xəbərdə bildirilib ki, "VTB" T.İsmayılovun aktivlərinin satışa çıxarılmasına şərh verməkdən imtina edib.

Qeyd edək ki, T.İsmayılov bir müddət öncə Moskva vilayəti Arbitraj Məhkəməsinə müflis elan olunması ilə bağlı ərizə ilə müraciət edib.|Report.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az