Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan İlqar Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Rasim Sadıxov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqiləşdirilib. Məhkəmə baxışı iyulun 28-ə təyin olunub.
Qətl hadisəsi 3 sentyabr, 2014-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsi, Dostluq küçəsində baş verib. Bakı şəhər sakini, 54 yaşlı Şaban Nəbiyev naməlum şəxs tərəfindən odlu silahdan açılan bir neçə atəş nəticəsində qətlə yetirilib.
Ertəsi gün qətli törədən şəxsin 1990-cı il təvəllüdlü İlqar Quliyev olması müəyyən edilib.
Məlum olub ki, qətlə yetirilən Şaban Nəbiyev 2007-ci ildə İlqar Quliyevin atası Ələsgər Quliyevi qətlə yetirib. Onların biznes ortaqlığı olub və münasibətlərin pozulması nəticəsində 2007-ci ilin yanvar ayında Sahil qəsəbəsindəki parkda Şaban Quliyev tanışını güllələyərək öldürüb. Həmin vaxt İntiqam Babayev adlı şəxs də güllə yarası alıb.
Törətdiyi cinayət əməlinə görə Ş.Nəbiyev həbs olunub və 7 il 6 aydan sonra həbsxanadan çıxıb. Atasının qatilinin azadlığa çıxdığını öyrənən 24 yaşlı İlqar Quliyev onu izləyib və "Vinçester” markalı tüfəngdən 3 dəfə atəş açaraq qətlə yetirib.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL