Avropada "Ərdoğanın casusu" tutuldu - FOTO
Onun gizli məlumatları Ankara göndərdiyi bilinir
İsveçrə polisi türk əsilli yol polisini "Ərdoğanın casusu” adı altında həbs edib.
Bazel şəhər polisi tərəfindən saxlanılan 37 yaşlı Y.K (adı açıqlanmır – red.) Ankaraya casusluq etməkdə şübhəli bilinir.
Türk əsilli polis saxlanıldıqdan dərhal sonra məhkəməsi olub və onun barəsində həbs-qəti imkan tədbiri seçilib.
Gizli şahidin İsveçrə polisinə verdiyi ifadəyə görə, 37 yaşlı polis məxfi məlumatları mütəmadi olaraq Türkiyəyə göndərib. Belə ki, türk əsilli polis İsveçrədə Ərdoğana müxalif olan məlumatları konsulluq vasitəsilə Ankaraya çatdırıb.
Məsələ ilə bağlı Türkiyə tərəfi hələlik heç bir açıqlama verməyib.(İstiPress)
Miq.az