Avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir

Avtobus dayanacaqlarında xüsusi xətlər çəkilir
Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün "Azəryolservis” ASC işlərin icrasına başlayıb.
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, tədbirlər planına əsasən, paytaxtın prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır.
Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə analoji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az