Avtobuslarda gediş haqqı artırılır

Avtobuslarda gediş haqqı artırılır
Gürcüstan paytaxtı Tbilisi şəhərində qısa məsafələrə hərəkət edən mikroavtobuslarda gediş haqqı 0,1 tetri (təxminən 0,04 dollar) bahalaşıb.

Miq.az "Sputnik" saytına istinadən xəbər verir ki, bu barədə "Tbilisi Mikroavtobusu" şirkətinin açıqlamasında bildirilib.

Hazırda Tbilisidə mikroavtobuslarla uzunməsafəli marşurtlarda gediş haqqı 0,8 lari (təxminən 0,3 dollar), qısaməsafli marşrutlarda (paytaxtın mərkəzindən kənar rayonlara) 0,4 laridən 0,5 lariyədək (təxminən 0,16-0,20 dollar) təşkil edir.

Metro və avtobuslarda isə gediş haqqı 0,5 laridir (təqribən 0,2 dollar).

Şirkət qiymət artımını əsaslandıraraq bildirib ki, menecment şirkətin nöqsansız işləməsini təmin etmək imkanına sahib olmalı, sərnişinlərin daşınma şərtlərini yaxşılaşdırmalı, avtomobil parkının yenilənməsini davam etdirməli və əməkdaşlarının əmək hüquqlarını qorumalıdır.

Qeyd edək ki, "Tbilisi Mikroavtobusu" şirkəti 2011-ci ildən paytaxtda sərnişindaşıma xidmətləri göstərir. Bu vaxta qədər şirkətin tariflərində heç bir dəyişiklik edilməyib. Hazırda şirkətin 4 min işçisi var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az