Bu gün Bakı-Naxçıvan istiqaməti üzrə hərəkət edən "Boeing” markalı təyyarədə texniki nasazlıq olduğuna görə adıçəkilən istiqamət üzrə uçuşlar dayandırılıb.
Vətəninfo.az xəbər verir ki, Oxu.Az-a bu barədə "Azərbaycan Hava Yolları”-nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, bu istiqamət üzrə uçuşları həyata keçirən təyyarəyə baxış keçirilir, nasazlıq aradan qaldırılır.
Bundan başqa, mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda həmin istiqamətdə uçuşları həyata keçirmək üçün Airbus A340 təyyarəsi cəlb olunub:
"Hazırda
Bakıdan 236 nəfər sərnişin Airbus A340 ilə Naxçıvana uça biləcəklər.
Naxçıvandan isə həmin sayda sərnişin Bakıya geri qayıda biləcək. Saat
15:00-dan isə Bakı-Naxçıvan istiqaməti üzrə hərəkət edən təyyarə
uçuşlara başlayacaq. Bununla da problem həll olunacaq” - deyə, şirkət
rəsmisi əlavə edib.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”