Azan verilməsi ilə bağlı xəbərdarlıq edildi - Türkiyədə

Azan verilməsi ilə bağlı xəbərdarlıq edildi - Türkiyədə
Türkiyədə məscidlərə azan verilməsi ilə bağlı xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, Türkiyənin Dini İşlər Nazirliyi məscidlərdə yoxlamalar apararaq bəzi səs cihazlarında problemlər aşkar edib. Yoxlamalardan sonra nazirlik azanın səs yüksəkliyinin 80 desibeldən çox olmaması barədə xəbərdarlıq edib.

Bundan başqa, yaxın məscidlərdə azanlar oxunan zaman səslərin qarışmaması üçün məhəllələrdə lokal mərkəzlərin yaradılması, azanı düzgün oxuyan imamların səs yazılarından ibarət azan portalının yaradılması da tövsiyə edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az