Azərbaycan futbolçusu ürəktutmadan öldü

Azərbaycan futbolçusu ürəktutmadan öldü

Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.

Bu barədə "Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev sosial şəbəkədə məlumat yayıb.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.

Şəhriyar Xəlilov vaxtilə "Qarabağ”, "Qəbələ”, "Xəzər Lənkəran” və "Bakı”da oynayıb. O, bir müddətdir klubsuz idi.

Allah rəhmət eləsin!

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az