Azərbaycan itkin düşən balıqçılarla bağlı İrana müraciət etdi
İtkin düşən balıqçılarla bağlı Azərbaycanın İrandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, XİN-in təlimatı əsasında İrandakı səfirliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib və hazırda araşdırma aparılır.
Qeyd edək ki, avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb. Onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar.
Modern.az