Azərbaycanın "Dilmanc” proqram təminatçısı milli axtarış sisteminin yaradılması layihəsi üzrə araşdırma işlərinə başlayıb.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə "Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.
Onun sözlərinə görə, layihənin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur: "Hazırda axtarış sisteminin proqram tərkib hissəsi araşdırılır. Veb səhifələri skan etməyə imkan yaradan krauler artıq yaradılıb və perspektivdə axtarış aparanın ehtiyaclarına uyğun adaptasiya ediləcək”.
Ə.Fətullayev qeyd edib ki, milli axtarış sisteminin yaradılmasında məqsəd ilk növbədə ölkənin informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsidir: "Reklamlardan əldə edilən gəlirlərin Azərbaycanda qalması da vacib məqamdır. Bu istiqamətdə işlərə artıq start verilib, biz hələ yolun başlanğıcındayıq. Layihə çərçivəsində fəaliyyətə mütəxəssisləri və tədqiqatçıları cəlb etməyi planlaşdırırıq. Soft yaradılacaq, testlər aparılacaq, serverlər alınacaq. Axtarışı Azərbaycan, ingilis, türk, rus və digər dillərdə təfsilatı ilə göstərmək lazımdır. Buna isə kifayət qədər vaxt lazımdır”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL