Azərbaycan Müdafiə Nazirliyi Seyran Ohanyana cavab verdi
"Son günlər Azərbaycan tərəfi bir neçə diversiya hücumu həyata keçirib. Nəticədə bir Ermənistan hərbi qulluqçu həlak olub".
Baku.ws-in
məlumatına görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan
Ermənistan hökumətinin iclasında deyib. Onun sözlərinə görə, qarşı
tərəfə adekvat cavab verilib. S.Ohanyan iddia edir ki, atəşkəsi
Ermənistan yox, Azərbaycan tərəfi pozur və təxribata yol verir.
Azərbaycan
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Baku.ws-in sorğusuna cavab
olaraq bildirirlər ki, ermənilər həmişə olduğu kimi dezinformasiya
yayırlar:
"Bizim bəzi KİV-lər mahiyyətinə varmadan həmin
məlumatlardan olduğu kimi istifadə edirlər. Ermənistan tərəfi vəziyyəti
gərginləşdirmək istədikdə tərəfimizdən cavabları verilir və onlar layiq
olduqları cəzanı alırlar”, -deyə nazirlikdən bildirilir.
Vətəninfo.az